Mahir Emreli: “Sabah tilsimi qıracağam”
10.11.2021 - 17:37
Mahir Emreli: “Sabah tilsimi qıracağam”

“Bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

24 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla sabah Bakı Olimpiya Stadionunda keçiriləcək son oyun öncəsi mətbuat konfransına qatılıb. O, məqsədlərinin doğma arenada qələbə qazanmaq olduğunu bildirib: “Yığmada qol vura bilməməyim məni narahat edir. Amma oyunlar belə gətirir. İnanın ki, hamıdan çox özüm özümdən qol gözləyirəm və ümid edirəm ki, sabah bu tilsimi qıracağam".