Mahir Emrelinin debütü yubanacaq – SƏBƏB
11.02.2022 - 09:29
Mahir Emrelinin debütü yubanacaq – SƏBƏB

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası Zaqreb “Dinamo”sunda kollektivlə birgə məşqlərə qoşulub.

Apasport.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, 25 yaşlı forvardın debütü bir qədər də yubanacaq.

Çünki onun yerli çempionatın növbəti matçında iştirakı da gözlənilmir. Baş məşqçi Jelko Kopiç həmyerlimizi NHL-in XXIII turunda “Qoritsa” ilə ev matçında meydana buraxmağı planlaşdırmır. 45 yaşlı mütəxəssis heyətdə kifayət qədər hücumçu olduğundan, Emrelini riskə atmaq istəmir.

Millimizin üzvünün Avropa Liqasının 1/16 final mərhələsində fevralın 17-də “Sevilya” ilə səfər görüşünə aparılıb-aparılmaması da sual altındadır.

Qeyd edək ki, “Dinamo” – “Qoritsa” oyunu sabah keçiriləcək.