Mahir Emrelinin istirahəti bitdi
16.11.2021 - 14:22
Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu “Legiya”nın düşərgəsinə qoşulub.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard bu gündən kollektivlə birlikdə məşqlərə qatılıb.
Azərbaycan yığmasının heyətində Leksemburq (1:3) və Qətərlə (2:2) oyunlarda iştirak edən Emreli Polşaya qayıtdıqdan sonra məşqçilər korpusu tərəfindən ona bir günlük istirahət verilib. Artıq istirahətini başa vuran forvard bu gün Polşa Ekstraklasasının XV turunda “Qornik”lə səfər görüşünün hazırlıqlarına qatılıb.
Qeyd edək ki, “Qornik” – “Legiya” oyunu noyabrın 21-də keçiriləcək.
0
0