Mahir Emreliyə yeni baş məşqçi – 4-cü dəfə “Legiya”ya döndü
14.12.2021 - 12:06
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya”nın yeni baş məşqçisi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Polşa çempionatının autsayderini Aleksandar Vukoviç çalışdıracaq.
O, istefaya göndərilən Marek Qolembevskini əvəzləyib. 42 yaşlı mütəxəssis 4-cü dəfə Varşava klubunun sükanı arxasına keçib. Vukoviç mövsümün sonunadək komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Vukoviç “Legiya”nın mövsümdə 3-cü baş məşqçisidir.
0
0