Bu gün Azərbaycan milli komandası 2021-ci ildə son oyununu keçirəcək.
Apasport.az saytının məlumatlına görə, Qətərlə yoldaşlıq görüşü ərəfəsində millinin düşərgəsində 24 futbolçu var.
Onlardan üçü asiyalılarla matçda debütə ümidlidir. İndiyədək milli forması geyinməyən Bəxtiyar Həsənalızadə, Cəlal Hüseynov və Mert Çelik baş məşqçi Canni de Byazidən şans gözləyir.
Heyətin rekordçusu Maksim Medvedevdir. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun onun üçün 76-cı ola bilər. Maksim meydana çıxsa, millidəki oyun sayında Tərlan Əhmədovla Mahmud Qurbanovu keçəcək, Mahir Şükürova çatacaq.
|
Futbolçu |
oyun |
qol |
|
Maksim Medvedev |
75 |
4 |
|
Qara Qarayev |
72 |
0 |
|
Araz Abdullayev |
43 |
3 |
|
Ramil Şeydayev |
42 |
7 |
|
Mahir Emreli |
31 |
4 |
|
Namik Ələskərov |
31 |
0 |
|
Emin Mahmudov |
25 |
6 |
|
Anton Krivotsyuk |
23 |
0 |
|
Azər Salahlı |
15 |
1 |
|
Emil Balayev |
12 |
-17 |
|
Bəhlul Mustafazadə |
12 |
0 |
|
Coşqun Diniyev |
11 |
0 |
|
Vüqar Mustafayev |
11 |
0 |
|
Şahrudin Məhəmmədliyev |
11 |
-18 |
|
Renat Dadaşov |
10 |
0 |
|
Hoccət Haqqverdi |
7 |
0 |
|
Tellur Mütəllimov |
7 |
0 |
|
Filip Ozobiç |
6 |
0 |
|
Amin Seydiyev |
5 |
0 |
|
Rüstəm Əhmədzadə |
4 |
0 |
|
Mehdi Cənnətov |
1 |
-1 |
|
Bəxtiyar Həsənalızadə |
0 |
0 |
|
Cəlal Hüseynov |
0 |
0 |
|
Mert Çelik |
0 |
0 |