Mamadu Kane “Neftçi”yə qayıdır
31.03.2022 - 09:51
Mamadu Kane “Neftçi”yə qayıdır

“Olimpiakos”un futbolçusu Mamadu Kane yayda Azərbaycana qayıda bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “Neftçi” 25 yaşlı dayaq yarımmüdafiəçisini yenidən heyətinə cəlb etməkdə maraqlıdır.

Ötən ilin yayında Yunanıstan klubuna transfer edilən və cari mövsümün ilk yarısını icarə əsasında “Neftçi”də keçirən Kane “Olimpiakos”da çox qalmayacaq. Pirey təmsilçisində özünü doğrulda bilməyən Qvineya millisinin üzvü baş məşqçi Pedro Martinsin gələcək planlarına daxil deyil. Bu üzdən “Olimpiakos” yayda onunla yollarını ayırmağı planlaşdırır.

Kanenin gedişinə könülsüz olsa da, transferindən qazanc əldə edən “Neftçi” isə onun hazırkı klubundakı durumunu diqqətlə izləyir. Azərbaycan çempionu Mamadunu Bakıya qaytarmağın yollarını axtarır. Futbolçunun “Olimpiakos”la müqavilə müddətinin 2025-ci ilin yayına qədər olması “ağ-qaralar”ın işini bu baxımdan çətinə sala bilər. Bu üzdən rəhbərlik onu icarəyə götürmək, yoxsa birbaşa transfer etmək qərarını yunanıstanlılarla danışıqların gedişinə əsasən verəcək.

Qeyd edək ki, 2019-cu ilin yanvarından bu ilin əvvəlinə qədər “Neftçi”də çıxış edən Mamadu Kane cari mövsümün ilk yarısında Premyer Liqada 11 oyun keçirib, 1 qol vurub.
 

0