“Kane hələ ki, bizə məxsusdur”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov icarə əsasında bu komandada çıxış edən Mamadu Kanenin gələcək taleyi ilə bağlı danışarkən deyib.
44 yaşlı mütəxəssis hazırda Qvineya yığmasının düşərgəsində olan yarımmüdafiəçi üçün müqavilə ilə məxsus olduğu Yunanıstan təmsilçisi “Olimpiakos”la danışıqların davam etdiyini söyləyib: “Olimpiakos”dan xahişimiz budur ki, Kane mövsümün sonuna qədər “Neftçi”də qalsın. Bu yöndə işlərimiz pis deyil”.
Qeyd edək ki, mövsümün əvvəlində “Olimpiakos”a transfer edilən Mamadu Kane bu ilin yayına qədər “Neftçi”yə icarəyə verilib.