Mandanda "Qarabağ"la oyuna hazırdırmı? - baş məşqçi açıqladı
16.02.2022 - 17:26
Mandanda "Qarabağ"la oyuna hazırdırmı? - baş məşqçi açıqladı

“Marsel”in qapıçısı Stiv Mandanda Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyuna hazırdır.

Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun baş məşqçisi Xorxe Sampaoli söyləyib.

Təcrübəli mütəxəssis mətbuat konfransında fransalı qolkiperin topuğundakı zədəsini tam sağaltdığını və özünü yaxşı hiss etdiyini bildirib: "Mandanda gərgin məşq qrafiki ilə çalışır. O, bu yarışdan həzz almağı bacaran oyunçulardan biridir".

Qeyd edək ki, sabah "Velodrom"da keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.