Marsial seçimini etdi
21.12.2021 - 17:56
Marsial seçimini etdi

“Mançester Yunayted”in futbolçusu Antoni Marsial keçmək istədiyi klubu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını İspaniyada davam etdirmək niyyətindədir.

Fransalı forvard qış transfer dövründə “Sevilya”ya keçmək arzusundadır. “Barselona” və “Yuventus” da Marsialın xidmətində maraqlıdır. Lakin hücumçu Sevilyanın eyniadlı təmsilçisində daha çox oyun praktikası qazana biləcək.

Qeyd edək ki, Marsial 2015-ci ildə “Monako”dan Mançester təmsilçisinə keçib.