Mata “Mançester Yunayted”dən gedir
17.02.2022 - 00:32
Mata “Mançester Yunayted”dən gedir

“Mançester Yunayted”in futbolçusu Xuan Matanın gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi İngiltərə klubunu tərk edəcək.

Yayda müqaviləsi başa çatacaq futbolçu azad agent kimi Premyer Liqa təmsilçisindən ayrılacaq. Onunla mançesterlilər arasında yeni müqavilə imzalanmayıb.

Qeyd edək ki, Matanın İspaniya La Liqasına qayıdacağı gözlənilir.