Maykl Essyen Bakıda səfirin qonağı oldu
06.12.2019 - 13:03
Maykl Essyen Bakıda səfirin qonağı oldu

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Səbail”in qanalı futbolçusu Maykl Essyenlə görüşüb.

Apasport.az saytının məlumatına görə, bunu səfir öz “twitter” səhifəsində açıqlayıb.

O, öz səhifəsində azarkeşi olduğu “Çelsi”nin sabiq oyunçusu ilə görüşmək imkanını Bakıda əldə etdiyini yazıb. 37 yaşını qeyd edən veteran səfirin onunla görüşmək istəyini müsbət dəyərləndirib. C.Şarp afrikalının ad gününü də təbrik edib

Qeyd edək ki, “Səbail”də heyətə düşə bilməyən M.Essyen arxada qalan 13 turda 5 dəfə meydana çıxıb, 86 dəqiqə oynayıb.

0
Maykl Essyen Səbail Ceyms Şarp