Mbappe “100”ə çatdı
13.12.2021 - 09:30
Mbappe “100”ə çatdı

Kilian Mbappe Fransa Liqa1-də PSJ-nin heyətində 100-cü qolunu vurub.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisinin hücumçusu “Monako” ilə görüşdə dubl müəllifi olub.

O, bu iki qolla 100-ə çatıb. Kiliana 100 qol üçün 124 matç kifayət edib. Mbappe PSJ-dən əvvəl şərəfini qoruduğu “Monako”da 41 oyunda 16 qol vurub.

Qeyd edək ki, 2:0 hesablı qələbə qazanan paytaxt klubu 45 xalla çempionatın lideridir.