Mbappe “300”ə çatdı – 22 yaşında
17.11.2021 - 13:31
Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe karyerasında 300-cü oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçunun yubileyi DÇ-2022-nin seçmə mərhələsinin son turuna təsadüf edib.
O, Finlandiya üzərindəki 2:0 hesablı qələbədə qolla pay sahibi olub. Mbappe karyerası ərzində 190 qola imza atıb. Onun hesabında 93 assist var.
Qeyd edək ki, Mbappe karyerası ərzində “Monako”, PSJ və Fransa millisində oynayıb.
0
0