Mbappe 200-ə çatdı
04.01.2022 - 10:12
PSJ Fransa kubokunun 1/16 final mərhələsində aşağı liqa təmsilçisi “Vann” üzərində 4:0 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, qarşılaşma parislilərin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Gənc forvard bununla karyerasındakı qolların sayını 201-ə çatdırıb. Mbappe bu toplardan 150-ni Paris klubunun heyətində vurub.
Qeyd edək ki, Kilian Mbappe cari mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 25 oyunda 18 qol vurub.
0
0