PSJ-nin hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu hələ də mövsümün sonunda hansı addımı atacağını müəyyənləşdirmədiyini söyləyib.
24 yaşlı forvard Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la keçiriləcək görüşlərin qərarına təsir edəcəyini bildirib: “Hələ qərar verməmişəm. Düşünürəm ki, “Real”la Çempionlar Liqası oyunları çox şeyi dəyişə bilər. İndi istədiyimi etməkdə sərbəst olsam da, rəqiblə danışıqlara getməyəcəyəm. Bütün diqqətimi “Real”ı məğlub etməyə yönəltmişəm. Sonra nə olacağını görəcəyik”.
Qeyd edək ki, PSJ ilə “Real” arasında oyunlar fevralın 15-də Parisdə, martın 9-da Madriddə keçiriləcək.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan