PSJ-nin hücumçusu Kilian Mbappe gələn həftənin sonuna kimi yeni klubunun adını açıqlayacaq.
Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, Fransa millisinin üzvü mayın 28-dək PSJ-dən ayrılacağını bəyan etməlidir.
Həmin gün baş tutacaq Çempionlar Liqasının final matçından əvvəl 24 yaşlı forvardın “Real”la anlaşdığı təsdiqlənəcək. Mayın 21-də PSJ Liqa1-in son turunda “Metz”i qəbul edəcək. Bu, Mbappenin parislilərin heyətində axırıncı görüşü olacaq.
“Real” isə Çempionlar Liqasının finalında “Liverpul”la keçiriləcək qarşılaşmanın ardından bu transferi ictimaiyyətə bildirəcək. Mbappenin madridlilərlə 5 illik müqavilə imzalaması gözlənilir.