Mbappenin əsas hədəfi
06.01.2022 - 17:24
Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe cari mövsüm üçün əsas hədəfini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, gənc hücumçu qitənin ən nüfuzlu klub turnirində qalib olmaq arzusundadır.
Kilian Çempionlar Liqasında qələbəni vacib sayır: “Bizim vaxtımız yetişib. Biz hazır olmalıyıq. Bu, mövsümün ən vacib hissəsidir. İrəli doğru addım atmalıyıq. Finala, yarımfinala çıxdığımız vaxtdan iki il ötüb. Amma indi qalib gəlmək istəyirik”.
Qeyd edək ki, PSJ 1/8 finalın fevralın 2-də keçiriləcək ilk oyununda “Real”la görüşəcək.
0
0