Medinaya Rusiyadan təklif
29.12.2021 - 22:29
Medinaya Rusiyadan təklif

Rusiyanın MOİK klubu qış fasiləsində heyətini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunun rəhbərliyi hücum xəttini yeniləməyə ehtiyac duyub.

Moskvalılar “Nyu-York Siti”nin hücumameylli yarımmüdafiəçinə təklif göndərib. 24 yaşlı paraqvaylıya ildə 650 min avro təklif olunub.

Qeyd edək ki, 2021-ci ildə MLS-də 36 oyun keçirən Medina 9 qol vurub.