Mehdi Cənnətovun durumuna aydınlıq gəldi
05.05.2022 - 17:53
Mehdi Cənnətovun durumuna aydınlıq gəldi

“Zirə”nin qapıçısı Mehdi Cənnətovun durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisinin üzvü təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Premyer Liqanın XXV turunun “Qəbələ” ilə oyununda zədələnən 30 yaşlı qolkiper bu gün tibbi müayinədən keçib. Mehdi çempionatın qarşıdakı iki turunda “Qarabağ” və “Neftçi” ilə matçlarda komandasına kömək edə bilməyəcək. Mövsümün son turunda “Şamaxı” ilə görüşdə iştirakı sual altında olan qolkiperin Azərbaycan kubokunun final qarşılaşmasına yetişməsi gözlənilir.

Qeyd edək ki, “Zirə” Azərbaycan kubokunun finalında mayın 27-də “Qarabağ”la görüşəcək.