Messi “Lion”la oyunu buraxacaq?
08.01.2022 - 12:32
PSJ-nin hücumçusu Lionel Messi Fransa Liqa1-nin XX turunda “Lion”la oyunu buraxa bilər.
Koronavirusdan sağaldıqdan sonra Fransaya qayıdan argentinalı superulduz fərdi məşqlərlə kifayətlənir. 35 yaşlı forvard “Lion”la görüş öncəsi son məşqdə iştirak etməyib. Onun kollektivə qoşulmamasının səbəbləri açıqlanmır.
Qeyd edək ki, sabah keçiriləcək “Lion” – PSJ oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
0
0