Messi və Ronaldoya məsləhət: “Zirvədə bitirin”
17.03.2022 - 14:28
Messi və Ronaldoya məsləhət: “Zirvədə bitirin”

“Dünya futbolunda bir daha belə dominant oyunçuların olacağını düşünmürəm. 15 il yüksək səviyyədə oynadılar, eniş yaşamaları məntiqlidir”.

Apasport.az saytının məlumatına görə, bunu Fransa yığmasının sabiq hücumçusu Nikolya Anelka uzun müddətdir dünyanın ən yaxşı futbolçuları sayılan Kriştiano Ronaldo və Lionel Messi barədə danışarkən deyib.

Futbol veteranı portuqaliyalı və argentinalıya gec olmadan karyeralarını bitirməyi məsləhət görüb: “Yəqin hər ikisi 15 il ərzində qazandıqları nailiyyətlərdən razıdır. Mən Ronaldodan çox Messiyə təəccüblənirəm. Düşünürdüm ki, Messi Fransa çempionatında daha yaxşı olacaq, nəinki Ronaldo İngiltərədə. Çox uzun müddət oynamaq istəyənlərin geriləməsi normaldır. Elə futbolçular var ki, zirvədə bitirmək üçün 32-34 yaşında futboldan getməkdən çəkinmirlər. Ronaldo və Messi də zirvədə bitirməlidir”.

Qeyd edək ki, “Mançester Yunayted”də çıxış edən Kriştiano Ronaldonun 37, PSJ-nin formasını geyinən Lionel Messinin isə 35 yaşı var.

0