Messidən antirekord
23.12.2021 - 12:34
Lionel Messi PSJ-nin “Loryan”la səfər oyununda da qol vura bilməyib.
Apasport.az saytının məlumatına görə, bununla da argentinalı hücumçunun səfərdəki qolsuzluq seriyası 8-ə çatıb.
Cənubi amerikalı PSJ-nin heyətində rəqib meydanındakı heç bir çempionat matçında fərqlənməyib. Messi bununla da karyerasının antirekordunu təkrarlayıb. O, 2006-cı ilin sentyabrından 2007-ci ilin martına qədər “Barselona”dakı 8 səfər görüşündə qol vurmayıb.
Qeyd edək ki, “Loryan” – PSJ matçı 1:1 hesabı ilə başa çatıb.
0
0