Messiyə görə ölümlə hədələndi
03.01.2022 - 17:20
Messiyə görə ölümlə hədələndi

Argentinalı dicey Fer Palasio ölümlə hədələnib.

Apasport.az saytının məlumatına görə, bunu cənubi amerikalının özü açıqlayıb.

O bildirib ki, PSJ-nin argentinalı ulduzu Lionel Messinin koronavirusa yoluxmasında onu günahlandırırlar. Milad tətilini Rosarioda keçirən futbolçu bir neçə tədbirdə, o cümlədən Palaionun çıxış etdiyi gecədə iştirak edib.

Messi tərəfdarları hücumçunun məhz orada yoluxduğunu iddia edərək Feri qatil adlandırırlar. Diceyin testi neqativ nəticələnsə də, bu, azarkeşləri sakitləşdirməyib.