“Latsio”nun futbolçusu Sergey Milinkoviç-Saviç mövsümün sonunda İtaliya klubunu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, serbiyalı yarımmüdafiəçi “Mançester Yunayted” və PSJ-nin hədəfindədir.
Roma təmsilçisi də futbolçusu ilə vidalaşmağa hazırdır. “Latsio” rəhbərliyi onun üçün 70-80 milyon avro tələb edir.
Mançesterlilər 2019-cu ilin yayında da Sergeyə elçi düşüb. Həmin vaxt İngiltərə klubu oyunçu üçün 60 milyon təklif etsə də, keçid baş tutmayıb.
Qeyd edək ki, Milinkoviç-Saviç cari mövsümün 23 oyununda 5 qol vurub. Onun klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.