Azərbaycan millisi 2021-ci ili FİFA reytinqində 120-ci yerdə başa vurub.
Apasport.az saytının məlumatına görə, bu, son 7 ilin antirekordudur.
Yığmamız axırıncı dəfə 2014-cü ildə belə aşağı pillədə qərarlaşıb. Həmin vaxt milli planetin 135-cisi olub.
Ümumiyyətlə, 28-ci dəfə ili FİFA reytinqində yekunlaşdıran yığmamız 21-ci nəticə göstərib. Yəni komandamız yalnız 7 dəfə daha aşağı pillələrdə qərarlaşıb.
Bu, tarixin ən zəif 8 ilindən biridir. Lakin həmin uğursuz illərdən dördü yığmanın debüt dövrünə 1994-97- ci illərə təsadüf edir.
1994 - 147
1995 - 141
1996 - 125
1997 - 123
1998 - 99
1999 - 97
2000 - 115
2001 - 113
2002 - 113
2003 - 119
2004 - 113
2005 - 114
2006 - 125
2007 - 115
2008 - 134
2009 - 114
2010 - 98
2011 - 112
2012 - 118
2013 - 94
2014 - 135
2015 - 117
2016 - 90
2017 - 117
2018 - 107
2019 - 114
2020 - 109
2021 - 120