Milli üzvü barədə qərar verildi
06.05.2022 - 23:29
“Betis” “Arsenal”dan icarəyə götürdüyü Ektor Belyerin barədə qərarını verib.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi İspaniya millisinin müdafiəçisini komandada saxlamaq istəyir.
Klub rəhbərliyi 27 yaşlı sağ cinah oyunçusunu birdəfəlik transfer etmək üçün “Arsenal”la danışıqlara başlayıb. Bu keçidin ispanlara 5-10 milyon funt sterlinqə başa gəlməsi gözlənilir.
Qeyd edək ki, ötən ilin yayında icarəyə götürülən Ektor Belyerin cari mövsüm 31 oyunda 5 məhsuldar ötürmə verib.
0
0