Milli üzvü iki klubun gündəmində
26.12.2021 - 00:42
Milli üzvü iki klubun gündəmində

“Lill”in yarımmüdafiəçisi Renato Sançes yenidən Avropa nəhənglərindən birinin formasını geyinə bilər.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvü iki klubun maraq dairəsinə düşüb.

“Arsenal” və “Milan” 24 yaşlı orta sahə oyunçusu ilə bağlı vəziyyəti izləyir. O, “Lill”dən ayrılmağa müsbət yanaşsa, həm “Arsenal”, həm də “Milan” danışıqlara başlayacaq. Sançesin Liqa1 təmsilçisi ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Renato bu mövsüm Fransa klubunun heyətində bütün turnirlərdə 16 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.