Milli üzvü seçim etdi
09.12.2021 - 21:36
Milli üzvü seçim etdi

İngiltərə millisinin futbolçusu Kelvin Fillips gələcək karyerası ilə bağlı seçimini edib.

Apasport.az saytının məlumatına görə, “Lids”in yarımmüdafiəçisi “Mançester Yunayted”ə deyil, “Liverpul”a keçməyə razılıq verib.

O, komandasının azarkeşlərini məyus etməmək üçün belə addım atıb. Məsələ ondadır ki, “Lids” və “Mançester Yunayted” barışmaz rəqiblər sayılır.

Qeyd edək ki, Kelvinin komandası da onun transferindən qazanmaq niyyətindədir.