Milli üzvünün yeni klubu dəqiqləşdi
04.05.2022 - 14:06
Milli üzvünün yeni klubu dəqiqləşdi

Almaniya millisinin futbolçusu Mattias Ginterin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Mönhenqladbax “Borussiya”sının müdafiəçisi növbəti mövsümdən “Frayburq”un formasını geyinəcək.

Yayda azad agent statusu alacaq 28 yaşlı arxa xətt oyunçusu yeni klubu ilə razılıq əldə edib. “Aston Villa”, “Bavariya” və İtaliya klublarının təkliflərindən imtina edən Ginter “Frayburq”a üstünlük verib.

Qeyd edək ki, 2017-ci ildən indiki klubunda çıxış edən müdafiəçi “Frayburq” və Dortmund “Borussiya”sında da oynayıb.