Millidə yeni baş məşqçi
15.12.2021 - 15:25
Millidə yeni baş məşqçi

Uruqvay millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu posta Dieqo Lopes təyin edilib.

46 yaşlı mütəxəssis Oskar Tabaresin istefasından sonra boş qalan vəzifəni tutub. 15 il millini çalışdıran Tabares ötən ay yığmadan ayrılıb.

Qeyd edək ki, “Penyarol” və “Paçuka” kimi klubları çalışdırmış Lopesin son iş yeri 2019-21-ci illərdə rəhbərlik etdiyi “İnter Mayamı” olub.