Millidən U-21-in düşərgəsinə yollandı
15.11.2021 - 00:51
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Cəlal Hüseynov yığmanın düşərgəsinə qoşulub.
Əsas millinin Lüksemburq və Qətərlə ev oyunlarına çağırılan müdafiəçi AVRO-2023-ün seçmə mərhələsində mübarizəni davam etdirən U-21-ə kömək edəcək. O, noyabrın 16-da, saat 20:00-da, “Bakcell Arena”da Norveç komandası ilə qarşılaşacaq milliyə dəvət edilib. "Zirə”nin üzvü sabahdan məşqlərə qatılacaq.
0
0