Millimiz 10 xal itirdi
12.11.2021 - 00:18
Azərbaycan millisi FİFA reytinqində xal itkisi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:3 hesabı ilə uduzan yığma 10,4 xal itirib.
Canni de Byazinin yetirmələri son FİFA reytinqində 1146 xalla dünyanın 119-cusu idi. Lüksemburqla görüşdən sonra bu rəqəm 1136-ya qədər azalıb.
Qeyd edək ki, komandamız növbəti FİFA reytinqinə qədər daha bir oyun keçirəcək. Yığmamız noyabrın 14-də Qətərlə yoldaşlıq matçına çıxacaq.
0
0