Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Ukrayna milli komandası ilə qarşılaşıb.
Yoldaşlıq oyunu FHN-in İdman-sağlamlıq mərkəzində baş tutub. Joze Alesionun yetirmələri bu qarşılaşmada məğlub olublar. İlk hissədə 2 cavabsız top buraxan futzalçılarımız fasilədən sonra avtoqola üzülüblər. Görüşün sonlarında isə rəqib fərqi 4 topa çatdırıb.
Qeyd edək ki, iki yığma arasında ikinci matç sabah keçiriləcək.
Yoldaşlıq oyunu
18 dekabr
18:00. Azərbaycan – Ukrayna - 0:4
Qollar: Petro Şoturma, 5:07, Mixaylo Zvariç, 11:44, Fineo De Araujo, 24:59 (ö/q), Mikola Biloçerkiveç, 38:53
Baş hakim: Knyaz Əmiraslanov
FHN-in İdman-sağlamlıq mərkəzi