Azərbaycan millisi sabah DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vuracaq.
Apasport.az saytının məlumatına görə, Qətərdəki mundial şansını çoxdan itirən Canni de Byazinin yetirmələri Lüksemburqla görüşəcək.
Bakı Olimpiya Stadionundakı qarşılaşma millinin tarixinə noyabrın 11-dəki 4-cü qarşılaşma kimi düşəcək. 11-ci ayın 11-ci günündə 3 matça çıxan yığma bütün nəticələrə imza atıb. Komandanın hesabında həm qələbə, həm heç-heçə, həm də məğlubiyyət var.
Bu üç matçdan yalnız biri seçmə xarakteri daşıyıb. Həmin görüşdə də millimiz Blfastda meydana çıxmağa peşman olub. Şimali İrlandiya yığmamıza 4 cavabsız qol vurub. Digər iki oyun yoxlama xarakteri daşıyıb.
Millimiz noyabrın 11-də
11 noyabr 2011. YO. Tirana. Albaniya - Azərbaycan 0:1
11 noyabr 2016. DÇ. Belfast. Şimali İrlandiya – Azərbaycan 4:0
11 noyabr 2020. YO. Lyublyana. Sloveniya - Azərbaycan 0:0