Millimiz yenidən Albaniya ilə eyni qrupda - püşk atıldı
09.12.2021 - 16:48
17 yaşadək qız futbolçular arasında Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının rəqibləri bəlli olub.
Millimiz B liqasında mübarizə aparacaq. Komandamız 3-cü qrupda yer alıb.
Futbolçularımız B-3 qrupunda Şotlandiya, Albaniya və Şimali Makedoniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız Monteneqro və Albaniya ilə birlikdə yer aldığı I mərhələnin B-6 qrupunda ikinci yeri tutub.
0
0