Fevralın 10-da dərc olunacaq milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da cədvəldəki mövqeyi bəlli olub.
Canni de Byazinin yetirmələri 1139 xalla 121-ci pillədə qərarlaşacaq. Hesabat dövründə heç bir matça çıxmayan yığma ötən cədvəllə müqayisədə 1 pillə geriləyəcək. Buna səbəb Afrika Millətlər Kubokunun nəticələridir. 10 pillə irəliləyəcək Malavinin arxada qoyduğu ölkələrdən biri Azərbaycan olacaq.
Qardaş Türkiyə yığmasını da geriləmə gözləyir. “Ay-ulduzlular” 1472 xalla 39-cu olacaq. İki addım geri düşən Ştefan Kuntsun yetirmələri Misir, Kamerun və Kanadadan geri düşəcək, Əlcəzairi arxada qoyacaq.
Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayacaq. Belçika (1828), Braziliya (1823) və Fransa (1786) ön sıralarda qalacaq.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan