Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
29.12.2021 - 21:39
Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Yanvarın 10-da fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürəcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin qitə çempionatı üçün heyəti açıqlanıb.

Yığmamız Estoniyanın paytaxtı Tallinndəki yarışda 4 idmançı ilə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınlar arasında yüksək yerlər tutmağa çalışacaq.

Ölkəmiz buz üstdə rəqslərdə də təmsil olunacaq. Burada Yekaterina Kuznetsova və Aleksandr Kolosovskidən ibarət duet bacarığını nümayiş etdirəcək.

Qeyd edək ki, çempionat yanvarın 16-na qədər davam edəcək.