Millimizin açıq məşqi olacaq
13.12.2021 - 10:41
Millimizin açıq məşqi olacaq

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirir.

Apasport.az saytının məlumatına görə, yığmamızın mətbuat üçün açıq məşqi keçiriləcək.

Dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək komandamızın dekabrın 16-da açıq məşqi baş tutacaq. Həmin hazırlıq saat 10:30-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində reallaşacaq.

Məşqdən 15 dəqiqə əvvəl isə baş məşqçi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.