Millimizin daha bir sabiq futbolçusu karyerasını bitirdi
15.02.2022 - 15:33
“Səbail”in daha bir futbolçusu karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, qapıçı Kamran Ağayevdən sonra müdafiəçi Şəhriyar Rəhimov da futboldan getmək qərarına gəlib.
Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olub.
Qeyd edək ki, Şəhriyar Rəhimov “Səbail”də 50 oyun keçirib, 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Rəhimov eyni zamanda Azərbaycan millisinin də formasını geyinib.
0
0