Millimizin futbolçusu “Antalyaspor”la 5 illik müqavilə bağladı
16.12.2021 - 14:31
Millimizin futbolçusu “Antalyaspor”la 5 illik müqavilə bağladı

“Antalyaspor” klubu akademiyanın 3 yetirməsi ilə uzunmüddətli peşəkar müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi ilə yeni sözləşməyə qol çəkənlərdən biri də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ege Bilseldir.

“Antalyaspor”un əsas komandasında 2 matçda meydana çıxan 17 yaşlı hücumçu 5 illik yeni sazişə qol çəkib. Bilsel ən böyük arzusunun Avropada çıxış etmək olduğunu bildirib: “Komandada qaldığım üçün çox sevinirəm. Arzularım çox böyükdür. Ölkə xaricində çıxış etmək istəyirəm. Bu müqavilə isə bu yolda başlanğıcdır”.

Qeyd edək ki, Ege Bilsel ötən il Azərbaycanın U-17, bu il isə U-19 yığmasında meydana çıxıb.