Millimizin potensial rəqibi “Keşlə”nin futbolçusuna dəvət göndərdi
04.01.2022 - 17:23
Millimizin potensial rəqibi “Keşlə”nin futbolçusuna dəvət göndərdi

Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinin potensial rəqibi olan Moldova yığması bu ay iki yoldaşlıq görüşü keçirəcək.

Apasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışı keçəcək yeni baş məşqçi Sergey Kleşenko heyəti açıqlayıb.

O, yanvarın 18-də Uqanda, 21-də isə Cənubi Koreya ilə keçiriləcək matçlara 25 oyunçu çağırıb ki, onlardan biri də ölkəmizdə “Keşlə”nin şərəfini qoruyan qapıçı Stanislav Namaşkodur.

Qeyd edək ki, Millətlər Liqasının C liqasında yer alan Azərbaycan millisinin III qrupdakı rəqibləri Slovakiya, Belarus və Qazaxıstan – Moldova cütünün qalibi olacaq.