Millimizin rəqibi yoxlama görüşləri keçirəcək
04.02.2022 - 14:28
Millimizin rəqibi yoxlama görüşləri keçirəcək

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsindəki rəqibi Belarus yoxlama görüşləri keçirəcək.

Apasport.az-ın Belarus Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Georgi Kondratyev gələn ay komandasını iki matçda sınayacaq.

Martın 26-da Hindistanı sınağa çəkəcək Belarus üç gün sonra Bəhreynlə üz-üzə gələcək. Hər iki qarşılaşma Bəhreynin Manama şəhərində baş tutacaq.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi iyunun 6-da II tur çərçivəsində Belarusun qonağı olacaq. Bu komandalar arasında Bakıdakı görüş həmin ayın 13-nə təsadüf edəcək.