Millimizin sabiq üzvü klubundan ayrıldı
27.12.2021 - 10:04
Millimizin sabiq üzvü klubundan ayrıldı

Azərbaycan millisinin sabiq futbolçusu Pavel Paşayev komandasını tərk edib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi “VPK-Aqro”dan ayrılıb.

Birinci liqa təmsilçisi cinah oyunçusuna mövsümün sonuna qədər komandada qalmağı təklif etsə də, Paşayev razılıq verməyib. Onun karyerasını Ukraynadan kənarda davam etdirməsi gözlənilir. “VPK-Aqro”ya bu ilin yayında “Aleksandriya”dan keçən sabiq “Qəbələ”li cari mövsüm 12 oyunda iştirak edib.

Qeyd edək ki, Pavel Paşayev 2016-2019-cu illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib.