Millinin baş məşqçi postuna əsas namizəd - Emrelinin sabiq çalışdırıcısı
03.01.2022 - 10:01
Millinin baş məşqçi postuna əsas namizəd - Emrelinin sabiq çalışdırıcısı

Polşa millisinin baş məşqçisi postuna əsas namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Çeslav Mixneviçin təyin olunacağı gözlənilir.

“Legiya”nın sabiq baş məşqçisi Paulu Souzanın tərk etdiyi postu tuta bilər. 51 yaşlı çalışdırıcının yer aldığı namizədlər siyahısında Adam Navalka və Yeji Bjençek də var.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”ya Mixneviçin baş məşqçi olduğu vaxt keçib.