Millinin baş məşqçisi klubla anlaşdı
20.12.2021 - 09:47
Millinin baş məşqçisi klubla anlaşdı

Polşa millisinin baş məşqçisi Paulo Souza vəzifəsindən ayrılmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis karyerasını Braziliyada davam etdirəcək.

51 yaşlı çalışdırıcı bir ay əvvəl istefaya göndərilən Renato Qauşonun yerinə “Flamenqo”nun sükanı arxasına keçmək üzrədir. Braziliya klubu ilə ilkin danışıqlar müsbət nəticələnib. Souza “Flamenqo” ilə 2+1 illik müqavilə imzalamağa hazırdır.

Maraqlıdır ki, Polşa yığması dünya çempionatına vəsiqə şansını davam etdirir. Komanda gələn ilin martında mundiala vəsiqə uğrunda pley-off mərhələsinin yarımfinalında Rusiya ilə qarşılaşacaq. Paulo Souzanın həmin vaxta qədər postunda qalıb-qalmayacağı bəlli deyil.

Qeyd edək ki, Paulo Souza bu il Polşa millisinin sükanı arxasına keçib.