Millinin baş məşqçisi ilə yeni müqavilə 
08.12.2021 - 15:19
Millinin baş məşqçisi ilə yeni müqavilə 

Zlatko Daliç Xorvatiya milli komandası ilə müqaviləsini uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya Futbol İttifaqı açıqlayıb.

55 yaşlı mütəxəssisin yeni müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, 2017-ci ildən bu vəzifəni tutur.

Qeyd edək ki, Xorvatiya Daliçin rəhbərliyi altında DÇ-2018-in finalçısı olub.