Millinin futbolçularına qadağa
30.12.2021 - 23:41
Çin millisinin futbolçuları öz döymələrini təmizləməli olacaqlar.
Apasport.az saytının məlumatına görə, futbolçuların yeni tatular etdirməsi qəti qadağan edilib.
Çin idmanının rəhbərləri bununla bağlı qərar çıxarıb. Bütün döymələr götüzdürülməlidir. Yalnız xüsusi hallarda tatunun üstü örtülü şəkildə yarış və məşqdə iştirak mümkündür.
Aşağı yaş qrupları üzrə yığmalara xüsusi diqqət yetiriləcək. Klublar yeni futbolçu ilə müqavilə imzalayarkən onların döyməsinin olmamasına nəzarət etməlidir.
0
0