Millinin futbolçusu koronavirusa yoluxdu
17.11.2021 - 17:49
Xorvatiya millisinin və “Bavariya”nın futbolçusu Yosip Stanişiç koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, müdafiəçinin DÇ-2022-nin seçmə mərhələsinin Rusiya ilə oyunundan (1:0) sonra Almaniyaya qayıtdıqdan sonra verdiyi test müsbət nəticələnib.
21 yaşlı futbolçunun infeksiyası “Bavariya”nın düşərgəsində aşkarlanıb. Vaksinasiya olunmuş futbolçunun xəstəliyi simptomsuz keçir.
Qeyd edək ki, Yosip Rusiya ilə matçın 86-cı dəqiqəsində meydana çıxıb.
0
0