Millinin futbolçusu ətək geyindi - FOTO
11.11.2021 - 16:12
Millinin futbolçusu ətək geyindi - FOTO

İngiltərə “Everton”unun futbolçusu Dominik Kalvert-Levin diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, hücumçu qeyri-adi fotosessiyanın iştirakçısı olub.

24 yaşlı forvard “Arena Home+” jurnalının üz qabığını bəzəyib. Dominik burada məktəbli qız kimi əks olunub. O, pencək və ətək geyinib. 

Qeyd edək ki, 2016-cı ildən “Everton”da forma geyinən hücumçu 2020-ci ildən İngiltərə yığmasına da çağırılır.