Millinin kapitanı klubunu dəyişdi
10.01.2022 - 09:03
“Sampdoriya” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Tomas Rinkon Genuya klubunun formasını geyinəcək.
Venesuela millisinin kapitanı “Torino”dan icarəyə götürülüb. Dayaq yarımmüdafiəçisi mövsümün sonunadək “Sampdoriya”da çıxış edəcək.
Qeyd edək ki, Tomas cari mövsüm bütün turnirlərdə ümumilikdə 10 oyun keçirib.
0
0